Boeing 787

"Boeing 787 Dreamliner"
Tipi Sərnişin
Hazırlayan Boeing
İstehsalçı ABŞ ABŞ
Dizayner "Boeing"
İlk uçuş 15 dekabr 2009
İstismara verilmə tarixi 26 oktyabr 2011
İstismarçılar "All Nippon Airways"
Buraxılış sayı 7 – sertifikatlaşdırma üçün istifadə olunur, sertifikatlaşma bitdikdən sonra sifarişçilərə 23 ədəd veriləcək
Vahidinin qiyməti 787-3: $150,0–155,5 mln
787-8: $161,0–171,5 mln
787-9: $194,0–205,5 mln
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boeing 787 Dreamliner - "Boeing" şirkəti tərəfindən dizayn edilmiş orta uzunluqlu, geniş gövdəli və iki reaktiv mühərrikə malik təyyarə modeli. Bu model 1995-ci ildə istehsalına başlanan "Boeing-777 Freighter" modelindən sonra "Boeing" şirkəti tərəfindən istehsalına başlanacaq ilk tamamilə yeni təyyarə modelidir.

Pilot kabinəsi
All Nippon Airways 787-8

Təyyarənin ilk uçuşu əvvəlcə 2007-ci ilin avqust ayında planlaşdırılsa da, onun ilk uçuşu yalnız 15 dekabr 2009-cu ildə baş tutmuşdur. Lakin buna baxmayaraq, "Boeing-787" 55 ölkədən 861 sifarişlə dünyada ən çox satılan geniş füzelyajlı təyyarədir[1]. "Boeing" şirkəti bir neçə təxirəsalmadan sonra, ilk "Boeing-787"-ni 2010-cu ilin fevral ayında istismara verməyi planlaşdırır.[2]

Hal-hazırda Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin donanmasında 2 ədəd "Boeing 787-8" təyyarəsi var və bu təyyarə ilə ilk uçuş Naxçıvan Beynəlxalq Hava Limanına olmuşdur.

  1. "787 Model Orders and Deliveries summary". 2018-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-08.
  2. "Arxivlənmiş surət". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-08.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search